Türkiyə Baş Qərargah rəisi rusiyalı həmkarı ilə Suriya mövzusunda danışıb

Ordu generalı Yaşar Gülərlə Valeri Gerasimov arasında telefon söhbəti olub...
###reklam250###

Türkiyənin Baş qərargah rəisi, ordu generalı Yaşar Gülərlə Rusiyanın Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında telefon söhbəti olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə Müdafə Nazirliyinin Baş Qərargah İdarəsi məlumat yayıb.

Bildirilib ki, həmkarlar Türkiyə-Suriya sərhədində təhlükəsiz bölgə və Suriya mövzusunda gündəmdə olan bır sıra məsələləri müzakirə ediblər.

pia.az