“Elə bil, yasa gediblər”

Milli futbolçularımızı bu geyimə görə ələ saldılar...
###reklam250###

AFFA-nın Azərbaycan millisi üçün hazırladığı yeni geyim dəsti tənqidlə qarşılanıb.

PİA.az xəbər verir ki, yeni dəstinin - kostyum, köynək və ayaqqabının hamısının qara rəngdə olması mənfi aura yaradıb. Sosial şəbəkələrdə bu geyim tərzini ələ salanlar da olub. "Elə bil, yasa gediblər" - deyə sosial şəbəkələrdə həmin fotoya şərh yazıblar.

Qeyd edək ki, futbolçularımız bu geyimdə Avro-2020-nin səfər matçı üçün Macarıstana gediblər.

pia.az