Ərdoğanla Conson arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub...
###reklam250###

APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Ərdoğanla Conson Türkiyənin hazırkı antiterror əməliyatını müzakirə ediblər. 

Türkiyə prezidenti aparılan əməliyyatın məqsədi barədə Böyük Britaniyanın baş nazirinə məlumat verib.

"Suriyada PKK/YPG və İŞİD təhlükəsi aradan qalxanadək və Suriyalı qaçqınlar öz yurd-yuvalarına sərbəst şəkildə dönənədək antiterror əməliyyatı davam edəcək", - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

pia.az