Pulsuz mobil əlavə xərçəngi aşkar edir

Amerikalı alimlər (Baylor University) White Eye Detector adlı pulsuz mobil əlavə hazırlayıblar...
###reklam250###

Bu proqram çox nadir və çətinliklə aşkar olunan "retinoblastoma" adlı xərçəng şişini aşkar edir. Diaqnozun qoyulması üçün fotoşəkil istifadə olunur.

PİA.az saglamolun.az-a istinadən bildirir ki, gözün torlu qişasının xərçəngi olan retinoblastoma əksər hallarda 5 yaşına qədər uşaqlarda inkişaf edir. İlkin mərhələlərdə aşkar olunduqda retinoblastoma 98% hallarda tam müalicə olunur.

Bu xərçəng şişinin xarakterik xüsusiyyəti "leykokoriz" - göz dibinin ağ refleksi. Adətən bu simptoma gözün çox diqqətlə müayinəsi zamanı və ya fotoşəkillərdə aşkar olunur. Bu halda fotoşəkildə uşağın bir (nadir hallarda iki) gözündə sanki ağ ləkə görünür.

Mobil əlavə artıq 52 min şəkil üzərində yoxlanılıb və çox yaxşı nəticələr verib.

pia.az