Stoltenberq: “Heç bir NATO üzvü Yaxın Şərqdə Türkiyə qədər hücuma məruz qalmayıb”

“Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşümdə Suriyanın şimalında aparılan hərbi əməliyyatlarla bağlı narahatlığımı ifadə etdim”...
###reklam250###

Bunu Türkiyədə səfərdə olan NATO baş katibi Yens Stoltenberq M. Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Suriyanın şimalı ilə bağlı NATO-nun müttəfiqləri arasında fikir birliyi yoxdur.

“Türkiyə bizim güclü müttəfiqimizdir. Türkiyə Qara dənizdən Aralıq dənizinə qədər NATO-nun təhlükəsizliyini qoruyur. Bizim ortaq bir düşmənimiz var. O da İŞİD-dir. İŞİD-çilərin qaçmaması çox vacibdir”, - deyə NATO baş katibi vurğulayıb.

O qeyd edib ki, Türkiyə çox çətin bir bölgənin sərhədlərində yerləşir: “Türkiyə qədər heç bir NATO üzvü Yaxın Şərqdə hücuma, şiddətə məruz qalmayıb. Türkiyə suriyalı qaçqınlara qapılarını açıb”.

pia.az