ABŞ və Rusiya birlikdə BMT-nin Türkiyə əleyhinə bəyanat verməsinə imkan vermədilər – VETO qoydular

ABŞ və Rusiya veto tətbiq etdikləri üçün BMT Təhlükəsizlik Şurasında Türkiyə əleyhinə qərar qəbul olunmayıb...
###reklam250###

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Türkiyənin Suriyanın şimalında “Sülh çeşməsi” hərbi əməliyyatlarını qınayan bəyanatına ABŞ və Rusiya veto qoyub.

“Daily Sabah” saytının verdiyi xəbərə görə, BMT-nin Təhlükəsizlik Şurası Türkiyənin Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq üçün başladığı hərəkatı qınamaqla bağlı beş Avropa dövləti – Fransa, Almaniya, İngiltərə, Polşa və Belçikanin tələbi ilə təcili toplantı olub. Lakin ABŞ və Rusiya bəyanata müxalif olduqları səbəbindən qərar qəbul olunmayıb. (APA)

pia.az