Müalicəvi feyxoa mürəbbəsi - Resept

Feyxoa mürəbbəsi hazırlamağın tam zamanıdır...
###reklam250###

Feyxoa mövsümündə qışa faydalı, yodla, minerallarla zəngin feyxoa mürəbbəsi hazırlamağın tam zamanıdır.

PİA.az medicina.az-a istinadən bir qədər fərqli resepti təqdim edir:

500 qr feyxoa250 qr şəkər tozu500 ml qaynar su2 ç.q konyak

Hazırlanması:

Əvvəlcə feyxoanı yuyub, qabıqlarını nazik soyun, amma atmayın. Feyxoaları çox soyuq suya qoyun.

Kiçik qabda 1 stəkan su alıb, şəkər tozunu tökün. Odun üzərində karamel olana kimi qarışdırın.

Ayrı iri qazanda qaynar suya feyxoa qabıqlarını və şəkərli şərbəti qatıb, qaynar hala salın və 8 dəqiqə bişirin.

Bu siropa təmizlənmiş feyxoaları əlavə edib,30 dəqiqə bişirin. Sona yaxın konyak əlavə edin.

Soyudub banlaya yığıb ağzını qapaqla möhkəm bağlaya bilərsiz.

pia.az