Xəzərdə 4 balıqçı itkin düşüb, axtarışlara helikopter cəlb edilib

FHN-dən bu haqda məlumat verilib...
###reklam250###

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, oktybarın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxmış və təyin olunan vaxtda geri qayıtmayıblar.

FHN-dən verilən məlumata görə, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

pia.az