Lalə Azərtaşdan estetik iddialarına cavab

Aparıcının estetik əməliyyatlar keçirməsi barədə məlumat yayılıb...
###reklam250###

Axşam.az xəbər verir ki, aparıcı bir izləyicinin şərhə yazdığı iddiaya aydınlıq gətirib.

O, bir yaşında olan görüntüsünü paylaşaraq, bunları yazıb:

“Heç vaxt şərhlərlə bağlı münasibət bildirmirəm. Amma bir İnstaqram səhifəsində şəklim paylaşılıb, sağ olsunlar. Nadirən özüm haqda mənfi rəyə rast gələrəm. Həmişə xoş sözlərlə yanımdasınız. Allah razı olsun. Amma biri estetik əməliyyatlarla bağlı haqqımda qəribə məlumatlar, faktlar,hətta məni bu hala salan həkimin adını da yazıb. Əvvəlcə doyunca güldüm, sonra dedim ki, bir yaşlı Lalənin şəklini paylaşım. Bəlkə məndən yox, bu balaca qızdan utanarlar. Yaradanım gözəl rəssamdır. Necə məsləhət bilib, elə də yaradıb. Bir də anam sağ olsun”.

pia.az