Küveyt səfirliyinin avtomobili qəzaya uğradı - xəsarət alanlar var

Hadisə Kövkəb Səfərəliyeva küçəsində baş verib...
###reklam250###

1961-ci il təvəllüdlü Mehman Soltanov idarə etdiyi 90 RT 164 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobillə qarşısında hərəkətdə olan 1971-ci il təvəllüdlü Camal Sultanovun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsinə çarpılıb.

Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.

Qəzaya uğrayan "Toyota" Küveyt dövlətinin Azərbaycandakı səfirliyinə məxsus xidməti avtomobildir.(Report)

pia.az