“Sumqayıt” “Keşlə”yə, “Neftçi” “Səbail”ə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura start veriləcək
###reklam250###

PİA.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Günün ilk start fiti Sumqayıtda səslənəcək. Şəhərin eyni adlı komandası doğma meydanda “Keşlə”ni qəbul edəcək. Paytaxt təmsilçisi ilk üçlükdəki mövqeyini qorumağı, sumqayıtlılar isə uğursuz gedişata son qoymağı hədəfləyiblər.

Günün digər matçı “Neftçi” ilə “Səbail” arasında baş tutacaq. “Ağ-qaralar” bu oyunda qalib gəlsə, həmşəhərlisini qabaqlamaq şansı əldə edəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Sabah” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

7-ci tur

5 oktyabr

“Sumqayıt” - “Keşlə”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov.

“Sumqayıt Arena”, 17:00.

“Neftçi” – “Səbail”

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Cavanşir Yusifov, Namiq Bəkirov

8-ci km stadionu, 19:15. (Yeni Sabah)

pia.az