Bakıda maşın yol keçmək istəyən piyadanı vurub öldürdü - Fotolar / Video

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub
###reklam250###

Hadisə Nərimanov rayonu Heydər Əliyev prospektində qeydə alınıb.

Rəhimov Rəcəb Musa oğlu idarə etdiyi "Mercedes Vita" markalı, "99-MH-889" dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Pünhan Məmmədovun idarə etdiyi "Tofaş" markalı, "90-HX-930-dövlət nömrə nişanlı avtomobildən düşərək yolu keçmək istəyən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir - red) vurub. Piyada aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Hazırda DYP əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır. (Report)

pia.az