Şəkidə qadın ehtiyatsızlıqdan özünü bıçaqlayıb

Şəkidə 34 yaşlı qadın ehtiyatsızlıqdan özünə bıçaqla xəsarət yetirib
###reklam250###

Səhər saatlarında Şəki rayon Mərkəzi Xəstəxanasına bıçaq xəsarəti ilə şəhər sakini, 1985-ci il təvəllüdlü Gülşən Rafiq qızı Yusubova daxil olub.

Müayinə zamanı 34 yaşlı Gülşən Yusubovaya sağ qabırğaaltının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. G.Yusubovanın dediyinə görə, o, yaşadığı evdə yıxılıb, əlindəki bıçaq isə bədəninə batıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

pia.az