Beyləqanda ağır yol qəzası:1 nəfər ölüb, 4 nəfər ağır yaralanıb

Beyləqanda yol qəzası baş verib...
###reklam250###

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Yeni Mil qəsəbəsində qeydə alınıb.

Qarşıdan gələn nəqliyyat vasitəsi 27 yaşlı Anar Məhərrəmovun idarə etdiyi “VAZ 21099” markalı avtomobillə toqquşub.

Nəticədə A.Məhərrəmovun 1 yaşlı övladı Aysun Tağıyeva hadisə yerində həyatını itirib. Həmin avtomobildə olan ailənin digər üzvləri – sürücü, 1990-cı il təvəllüdlü Məhərrəmov Anar Nağı oğlu, 1992-ci il təvəllüdlü Məhərrəmova Ziyafət İlham qızı, 2013-cü il təvəllüdlü Məhərrəmov Nağı Anar oğlu, 2017-cil təvəllüdlü Məhərrəmova Xədicə Anar qızı xəsarət alıb.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az