“Azerspace-1” peyki üzərindən yeni kanallar yayıma başlayıb

"Azərkosmos” ASC Gürcüstanın “Mtavari Axri” və “Music Box” və Rusiyanın “ИЛЛИ ТВ” televiziya kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb...

PİA.az bu barədə quruma istinadən xəbər verir.

Müqaviləyə əsasən, “Mtavari Axri”, “Music Box” və “ИЛЛИ ТВ” kanalları oktyabr ayından etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/30000 tezliyi ilə yayımlanır. Sadalanan kanallar vasitəsilə gürcü və rus dillərində ictimai, iqtisadi, analitik, idman, musiqi, əyləncə və mədəniyyət proqramları nümayiş edilir.

pia.az