Yaponiya G20-lərin XİN rəhbərlərinin görüşünə 9 ölkəni dəvət edəcək

Bu il Yaponiya "iyirmiliy"ə sədrlik edir...
###reklam250###

Yaponiya hökuməti G20 xarici işlər nazirlərinin Naqoya şəhərində noyabrın 22-dən 23-ə qədər keçiriləcək görüşünə daha 9 dövlətin nümayəndələrini qonaq qismində dəvət edəcək.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Yaponiyanın xarici siyasət idarəsinin xəbərində bildirilir ki, iclasa Vyetnam, Misir, İspaniya, Niderland, Yeni Zelandiya, Seneqal, Sinqapur, Tailand və Çili dəvət ediləcək.

Bu il Yaponiya "iyirmiliy"ə sədrlik edir. G20 sammiti 28-29 iyunda Osakada keçirilib və ölkənin ərazisində bu qəbildən birinci forum olub.

pia.az