Bakıda ruhi xəstə itkin düşdü

Bakıda 46 yaşlı kişi itkin düşüb...
###reklam250###

“Qafqazinfo” xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olan Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 11-də yaşayan, ruhi əsəb xəstəliyinə görə birinci qrup əlil olan 1973-cü il təvəllüdlü Tağıyev Arzuyar Sayad oğlu dünən evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına ərizə ilə onunla bir ünvanda yaşayan qardaşı Tağıyev Hafiz Sayad oğlu müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

pia.az