Mikayıl Müşfiqin abidəsi belə aşırıldı — Video

Şair Mikayıl Müşfiqin daha bir abidəsi söküntüyə məruz qalıb...
###reklam250###

Tanınmış musiqiçi və pedaqoq Abbasqulu Nəcəfzadənin bu barədə video paylaşıb. Onun sözlərinə görə, söküntüyə məruz qalan abidə Bakının Müşfiqabad qəsəbəsindədir. Paylaşıma şərh yazanlar abidənin bu şəkildə götürülməsinin şairin ruhuna hörmətsizlik olduğunu yazıblar:

"Hətta bu abidəni yenisi ilə əvəz etsələr də, belə olmamalı idi. Bu büstü məktəblərdən birinə hədiyyə etmək olardı".

Qeyd edək ki, 2017-ci ildə oxşar hadisəyə görə 3 nəfər cəzalandırılmışdı.

pia.az