Kürdəmirdə iki avtomobil toqquşub

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib...
###reklam250###

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Abdurahman Abdurahmanovun idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili hərəkətdə eyni istiqamətdə hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub.

İlkin ehtimala görə, hadisəyə "VAZ 2107" markalı minik avtomobilinin yanlış dönmə əməliyyatı etməsi səbəb olub.

Hadisə zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

pia.az