Ötən ay Azərbaycanda 20 nəfər qidadan zəhərlənib

Sentyabr ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1573 müraciət daxil olub...
###reklam250###

Agentlikdən verilən məlumata görə, daxil olan müraciətlərdən 215-i sertifikatlaşdırma və qeydiyyat, 289-u idxal-ixrac əməliyyatları, 216-ı istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 47 müraciət daxil olsa da, onlardan yalnız 20-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 76-sı işə qəbulla, 730-u isə digər xarakterli olub.

pia.az