27 yaşlı oğlan yüksək dozada narkotikin təsirindən ölüb

Hadisə Gəncədə baş verib...
###reklam250###

Gəncədə narkotik istifadəçisi ölüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Gəncə şəhər sakini, 27 yaşlı Həsənov Emin Şahmalı oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, E.Həsənov yüksək dozada narkotikin təsirindən ölüb.

Faktla bağlı araşdırma aparılır.

pia.az