Fədayə Laçın oktyabrın 30-da azadlığa çıxır

Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən müğənni Fəsayə Laçının həbs müddəti 1 aydan sonra başa çatır...
###reklam250###

2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzasının 2 ilə endirilməsi ilə əlaqədar onun həbs müddəti növbəti ayın 30-da başa çatacaq.

Qeyd edək ki, hadisə 2017-ci il oktyabrın 23-də Bakıda baş verib. Bu işlə bağlı Fədayə laçın həmin ilin oktyabr ayının 30-da həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub.

Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər. Bu gün Bakı Apellyasiya Məhkəməsi şikayət üzrə qərarını elan edib. Qərara əsasən, Fədayə Laçının cəzası 2 ilə endirilib. Konvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.

Təqsirləndirilən Məhəmməd Hacıyevın, İsrafıl Soltanovun, Tərlan Zeynalovun, Anar Əsgərovun cəzaları 4 ilə endirilib. Aqil Nəcəfovun cəzası 8 ilə, Ceyhun Səmədovun cəzası 8 il 6 aya, Tural Poladxanovun cəzası isə 8 il 3 aya qədər azaldılıb.(report)

pia.az