Yusuf Tarkanı "yaltaq" adlandırdı

Türk müğənnisi Yusuf Güney Tarkan haqqında qalmaqallı ifadələr işlədib
###reklam250###

PİA.az axşam.az-a istinadən bildirir ki, meqastarın Herbiyə konsertində İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu haqqında dediyi sözlər Yusuf Güneyi özündən çıxarıb.

O, CHP sədri Kemal Kılıçdaroğlunun "Yaltaqdan sənətçi olmaz" sözləri ilə Tarkanın görüntülərini birləşdirərək paylaşıb.

"Mənim sözüm Tarkana deyil. Mənə aylardır həqarət edən insanlara göndərmədir", - o paylaşımda yazıb.

pia.az