Açın qapıları, gələn bahardı...

On yeddi yaşında şeir yaradıcılığı ilə seçilən Səxavət İzzəti...
###reklam250###

Tanınmış şair, tərcüməçi Güney Azərbaycanda yaşayan həmkarımız Səxavət İzzəti-Əndəlib 1966-ci ildə Qaradağ mahalında doğulub. İki yaşında atasını itirib. 1977-ci ildə ailəsi Təbrizə köçüb bir il sonra əhərqaradaği mərkəzi əhər şəhrinə qayıdıb təhsilini əhər şəhərində bitirib.Qaradağ mahalının başqa uşaqları kimi ədəbiyata marağı ananın beşik başında dediyi laylalarla , nağıllarla , dastanlarla başlanmışdır. Qaradağ mahalı İran Türklərinin ən güclü aşıq mərkəzidir.

On yeddi yaşında şeir yaradıcılığı ilə seçilən Səxavət İzzəti əsl ədəbiyyat adamı kimi cəmiyyət arasında tanınmışdır.İyirmi iki yaşında aşıq dastanlarından ibarət nəğməli dastanlar kitabını nəşr etdirmiş, bir il sonra məhəbbət dastanları kitabı çıxıb, bunun dalınca isə aşıq şeiri qalibləri və o günə qədər çap olunmamış aşıq şeirlərindən ibarət “Aşıqlardan işıqlar” adlı kitabını çap etdirib.

Bir çox şimaldakı (Azərbaycan) şairlərin şeirlərini istər kitab şəklində istər intirnet düşərgələrində nəşr etdirib. "Nəğməli dastanlar" Təbriz 1989,"Məhəbbət dastanları" Təbriz 1991,"Aşıqlardan işıqlar" Təbrız 2000,"Yaxşı ki, sən varsan ay sədəfli saz" (Zəlimxan Yaqubun şeirləri) Təbriz 2005,"Hürəmt oldu, bir saz oldu, bir də mən" (Aşiq Qəmkeş Allahverdinin şeirləri) Təbriz 2008, "Peyğəmbər" (Zəlimxan Yaqub) Təbriz 2011,"Aşıq dastanları" Təbriz 2015,"On bir budaqlı ağac" (Qaradağ şeiri məcmüəsi) 2017, və.s. Bu sayımızda isə Səxavət bəyin öz şeirlərini təqdim edirik:

Açın qapıları, gələn bahardı

Yenə daş dibində köyərdi dişə,Şaxtada qurtardı, qışda qurtardı.Həzin nəfsilə deyir bənövşə,Açın qapıları, gələn bahardı.Hər budaq başında bir dəstə gül var,Güllərin üstündə nə gəlha-gəl var.Qədim babalardan belə məsəl var,Soyuğun şaxtanın meydanı dardı,Açın qapıları, gələn bahardı.Yastı çəmənlərdə otlayır quzu,Bulaqlar bağrına basıb yarpızı.Düşün dağ döşündəərıyən buzu,Hər bir qaranlığın dan yeri vardı.Açın qapıları, gələn bahardı.Kəsmə ümidini kəsmə bahardan,ümiddir qurtaran insanı dardanDemə, birdəçiçək bitəcək hardan,Əsənsə küləkdir, yağansa qardı,Açın qapıları, gələn bahardı.Ənədəlib, bu gələn nə xoş qonaqdı,Təbiət yoluna çiçəklər yağdı.Hayqıran dərədi, kişnəyən dağdı,Demə, nə hay- haray nəşarha- şardı,Açın qapıları, gələn bahardı.Həyali səs

Bu yalda ay quzu otaran çuban,Çal tütək səsini eşidim, qağa.Min bir hava çalan bir zəmanədə,Bir »bənək« səsini eşidim, qağa.Şəhərdə sixildim, dəxi darıxdım,Gözümə gəlmədi yuxu, darıxdım.Oxu çuban qardaş, oxu darıxdım,O göyçək səsini eşidim, qağa.Səsində haya var, ismət şərəf var,Odurku, səsinə səs verir dağlar.Oxu, qoy oxusun sevgili bahar,Gül çəçək səsini eşidim, qağa.Eşidir səsini bu çöl, bu çəmən,Quş qonmaz qayalar zövq alır səndən.Bər bəzəksiz oxu, istəmirəm mən,Bər bəzək səsini eşidim, qağa.Ənədəlib bu yeri deyib, gəlmişəm,Burda duyğuları duyub, gəlmişəm.Saxta avazlardan doyub gəlmişəm,Bir ürək səsini eşidim, qağa, *bənək bizim çobanlarin tütəkdə çaldiqlari bir havadirAt çaparYiyəsiz qalan zəmidə ,Talan at çapar , at çapar .Yallı gedər çəritgələr ,Ilan at çapar , at çapar .Ilqar , ıman püç olanda ,Gayda , qanun heç olanda ,Düz danışmaq süç olanda ,Yalan at çapar , at çapar .Xeyir yox fikirsiz işdə ,İş gedər fikirdə , huşda .Fikri düz olmayan başda ,gələn at çapar , at çapar .Sıçan - pişikOdmadı bir yol bizi ,Əzıb , çeynədi dünya ,Sıçan - pişik oyunun ,Bizlə oynadı ,dünya.Birinə beçə balı ,Birinə itin yalı ,Çoxuna ipək xalı ,Bizə iynədi, dünya.Tozu qondu başımda ,Dərdi gəzdi döşümdə ,Yaralı yaddaşımda ,Göm- göy göynədi, dünya.Bu işkəncə,bu zülüm ,Səbəbin buyur bilim,Toprağın son mənzilim ,Gəsdin day nədi, dünya.Qədərimlə şərik küçə Bu şəhərdə bir qocalmış küçə var ,Məni görcək xumar - xumar danışır .Bir nağıl var bu küçənin yadında ,Kərpic - kərpiç , divar - divar danışır .Burdan nə çox qiş ötüşüb , yaz gedib ,Aşiq gedib , dastan gedib , saz gedib .İllərdiki bir çatma qaş qız gedib ,Arxasınca burda nə var danışır .Bu küçəilə qədərimiz birdi,bir ,Gəlişimiz , gedərimiz birdi, bir .Ay « əndəlib » kədərimiz birdi,bir ,İkimizdə bir ahızar danışır .Ay anaAy ana, məzar daşını,Versənə geyim, ağlayım.Səsimi atıb başıma,Bayatı deyim, ağlayım.Hələ var ayaq gəzirəm,Əlimdə çıraq gəzirəm.Bir isti qucaq gəzirəm,Başımı qoyum, ağlayım.Hər işi çaş bir zamanda,Ayağı baş bir zamanda.Çörəy daş bir zamanda,İçimi yeyim, ağlayım.Tapmadım şənligin yerin,Axtarsamda dərin-dərin.Heç olmasa bir çöl verin,Dərdimi sayım ağlayım.Ayrılıq səsiÖpür qolağımızdan hər an bahalıq səsi,Top , tüfəng səsi verən dünyanın şuluq səsi.Meşələr lal dayanmış dağ kəlləri mələmir,Dərələri oxşamır sü səsi-balıq səsi.Yaylaqları bəzədi « ladən» , « qunça» yağları,O gündən ki kəsildi çatmadan tuluq səsi.Ağızlar yaman olub xüş xəbr eşidilmir,Ürəklərdə gül açmır daha muştuluq səsi.Yaşam quran azalıb quduzlaşıb yaşayış,Ocalır gündən-günə hər evdən qalıq səsi.Dindrsənə sazını bir ağız oxuyam mən,Eşidə gələn nəsil məndən bu soluq səsi.Ay “ənədəlib” oxuyur taqqa-taq ayağımız,Eşidilir bu səsdən ölüm-ayrılıq səsi.Dərd yeyirikZəlinən içirik soyu,Yelinən qovud yeyirik.Yox xəbər yağlı yaxmaçdan,Şorunan qurud yeyirik.Pay bölən belə pay böldü,Bu payda dərdimiz boldu.Yemişlər meşənin oldu,Bizdə kal armud yeyirik.Gələn dadımızı dadır,Əl ölçür söz fırıldadır.Nə satır bizi aldadır,Bal alıb yoğurt yeyirik,Gül dərən tıkandı sərir,Gül solur tıkan göyərir.Hər yetən vədələr verir,Söz ıçıb ümüd yeyirik,Salmayın bu qədər hayı,Bunları eşidən doyu.Neynirik çörgi-soyu,Bizki hər an dərd yeyirik.Dolanırİlin günün harasıdir ,Gözümdə yağış dolanırÜrəyim yanır , yaxılır ,Başımda qar-qış dolanır.Nə imiş dərdi fikrimin,Dərdi göyərdi fikrimin,Dağılıb yurdu fikrimin,Çöl gəzir , örüş dulanır.Dinir bir qız ürəyimdəGülür bir göz ürəyimdəGecə-gündüz ürəyimdəBir əziz görüş dolanır.“Əndəlib”əm totdu dolu,İtirdim çəməni gülü.Könlümün sarı bülbülü,Yerində bayquş dulanır.YoxInanıb özün aldatma ,Bu dünyanın tarısı yox.Bu miras elə miras di,Əbədı bir varisi yox.Evinin peyi dolmadı,Yükünə gücü qalmadı,Səadətı bir almadı,Yarısı var , yarısı yox,Gülünc günə qaldı deyin,Hər şey saxta oldu deyin,Balı necə baldı, deyin,Pətəyi yox , arısı yox.DəyməsinQızışıb döyəndə gözlə,Döşünə soyuq dəyməsin.Ağlını tupla başına,Huşuna soyuq dəyməsin.Bitməmiş fərsət dalbadal,Çıxmamış əlındən macal,Özünə uyğun papaq al,Başına soyuq dəyməsin.Nəfsin laylasına yatma,Xeyir var , şər var unutma,Hər tik yə ağız atma ,Dişinə soyuq dəyməsin.Ayağınla düz yola get,Yaxşı danış , yaxşı eşit,Gözlərinə yiyəlik et,Qaşına soyuq dəyməsin“Əndəlib” el qeydinə qal,Doğrulardan dərsini al.Hər işdə haqqı yada sal,İşinə soyuq dəyməsin.GedirəmGəldim günəşli bir gündə,Dumanda , çəndə gedirəm.İzimi görənlər bilər,Nə halda , gündə gedirəmGedən dostlarıma deyin,Bu qədər yeyin getməyin,Siz allah məni gözləyin,Dayanın məndə gedirəm.Eh dünya nə sən unutma!Çöp olub gözümə batma,Qəbirdən məni qurxutma,Mən ora gündə gedirəm.pia.az