Əxlaqdan danışan islamçılar iqtidarda hər cür əxlaqsızlığı edirlər...

Hakimiyyətə gələn islamçılar qanunsuzluğu, rüşvətçiliyi, israfçılığı və dələduzluğu təriqət halına gətirib...

Lütfü OFLAZ“The Independent” qəzeti, Türkiyə, 25 sentyabr 2019-cu il

İslamçılar keçmişdə istənilən situasiyada “öncə əxlaq və mənəviyyat” deyir və hamıya əxlaqlı olmağı məsləhət görürdülər. Buna görə də, islamçılara qarşı inam var idi. Cəmiyyətin gözündə islamçı şəxs oğurlamayan, haram yeməyən, rüşvət almayan, mala-mülkə hərislik etməyən bir insan idi. İnsanlar islamçıları sadə yaşayan və israfçılıq etməyən fərdlər kimi tanıyırdılar. Lakin bu, islamçılar iqtidarı ələ keçirmədən əvvəl belə idi.

İslamçılar iqtidara gəldikdən sonra cəmiyyətin islamçılar barədəki düşüncələri də sürətlə dəyişib. Çünki islamçılar da iqtidara gələndən sonra tezliklə dəyişdilər. Artıq cəmiyyət islamçıları oğru, yalançı, haram yeyən, rüşvət alan adamlar kimi görür. İslamçılar iqtidara gəldikdən sonra onların israfçı, meşşan və gücə sitayiş edən siması da ifşa oldu.

İslam ölkələrində vəziyyət belədir. Hakimiyyətə gələn islamçılar qanunsuzluğu, rüşvətçiliyi, israfçılığı və dələduzluğu təriqət halına gətirib. Nəticədə də, İslam ölkələri dünyada rüşvət və qanunsuzluq göstəricilərinə görə ilk sıralardadır.

Çünki oğurluq və hiyləgərlik etmək, rüşvət almaq və ya vermək kimi əxlaqsızlıqlar həmişə bizim ölkələrdə baş verir. İslam ölkələrinin mənzərəsi elə budur.

Görünür, keçmişdə “öncə əxlaq” deyən islamçılar iqtidarı ələ keçirdikdən sonra dinin əsas prinsipinin əxlaq olduğunu unudublar. Çünki hər cür əxlaqsızlığı edirlər. Onlar iqtidardakı islamçılığın əxlaqsızlıq olduğunu bütün dünyaya sübut etdilər. Dinin ruhu əxlaqdır və əgər əxlaq da yoxdursa, din bir işə yaraya bilərmi?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az