Leonid Slutski: "ABŞ-ın yeni sanksiyaları Rusiya tərəfindən cavabsız qalmayacaq"

Leonid Slutski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları genişəndirmısini şərh edib...
###reklam250###

Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları genişəndirmısini şərh edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, rusiyalı deputat bunu Vaşinqtona xas alət adlandırıb.

“Sanksiya dəyənəyi ABŞ üçün xarici siyasətdə adi alətə çevrilib. Rusiya vətəndaşlarına və kompaniyalarına qarşı 70-dən artıq məhdudlaşdırıcı tədbirlər tətbiq olunub. Qərbdə də artıq etiraf edirlər ki, bu sanksiyaların heç bir siyasi effekti yoxdur. Sanksiya yolu heç yerə aparmır. Bu yol dəqiq müharibələri sonlandırmayacaq, terrororçuluq üzərində qələbəyə aparmayacaq”.

L.Slutski ABŞ-ın yeni sanksiyalarının Rusiya tərəfindən cavabsız qalmayacağına əmin olduğunu da söyləyib.

pia.az