"Üzvü olmadığım partiyadan istefa verə bilməzdim"-Ənnağı Hacıbəyli

Ənnağı Hacıbəyli AXCP-dən istefa verməsi xəbəri haqda açıqlama yaydı...
###reklam250###

Tanınmış hüquqşünas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ənnağı Hacıbəyli AXCP-dən istefa verməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

PİA.az xəbər verir ki, o öz açıqlamasında bəzi KIV-lərin onun AXCP-dən istefa verməsi haqda xəbər yaydığını qeyd edib:

“Heç vaxt heç bir partiyanın üzvü olmamışam və təbii ki, üzvü olmadığım partiyadan da istefa verə bilməzdim. Belə yanlış informasiyalardan müxalifətə, o sıradan AXCP-yə qarşı təbliğat vasitəsi kimi istifadə olunmasını pisləyirəm”.

pia.az