Rusiyanın daha bir vilayətindən Bakıya birbaşa aviareyslər olacaq

Gələn ildən Rusiyanın Omsk vilayətindən Bakıya birbaşa uçuşların təşkil edilməsi planlaşdırılır...

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Burkov məlumat verib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə Azərbaycan tərəfi ilə danışıqlar aparılır.

pia.az