“Qalatasaray” - “Fənərbağça” oyununun hakimləri açıqlandı

Türkiyə Super Liqasında VI turunda "Qalatasaray" və "Fənərbağça" arasında keçiriləcək derbini idarə edəcək hakimin adı açıqlanıb...
###reklam250###

Matç Cüneyt Çakıra tapşırılıb.

O, sentyabrın 28-də baş tutacaq matçda baş hakim olacaq. "Türk Telekom Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, 5 turdan sonra "Fənərbağça" 10 xalla turnir cədvəlində ikinci yerdədir. Ondan 2 xal geri qalan "Qalatasaray" isə 7-ci pillədə qərarlaşıb.

pia.az