Bakıda sürət həddini aşan sərnişin avtobusu qəza törədib, xəsarət alan var

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib
###reklam250###

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 79 saylı marşrut avtobusu sürət həddini aşaraq avtomobillə toqquşub. Hadisə zamanı avtobusdakı sərnişin, 1993-cü il təvəllüdlü Kərimova Təbəssüm Əsəd qızı xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb. Ona sağ diz oynağının əziyi diaqnozu qoyulub.

pia.az