Putin dünya ölkələrinə sülh ismarıcı göndərdi

Rusiya Prezidenti Vladimir Putin dünyanın bir çox ölkəsinə orta və qısa mənzilli raketlərin yerləşdirilməsinin qadağan edilməsini özündə əks etdirən təklif göndərib...
###reklam250###

“Kommersant” xəbər verir ki, təklif göndərilən ölkələr sırasına NATO-ya üzv olan dövlətlər də daxildir.

Rusiya Prezidenti Avropa ərazisində raket yerləşdirmək niyyətində olmadığını qeyd edib və qarşı tərəfi də analoji addım atmağa cağırıb.

Mənbə bildirib ki, NATO rəsmi Moskvanın bu təklifini ciddi qəbul etməyib. Səbəb kimi Rusiyanın bu cür silahları artıq öz ərazisində yerləşdirməsini göstərib.

“Orta və Qısa Mənzilli Raketlərin Ləğvinə Dair Saziş” SSRİ və ABŞ tərəfindən 1987-ci ildə imzalanıb. Sənədə əsasən, hər iki tərəf quruda yerləşdirilmiş bütün orta və qısa mənzilli ballistik və qanadlı raket komplekslərini məhv etməli idi.

Avqustun 2-dən başlayaraq orta və qısa mənzilli raketlərin ləğvinə dair saziş qüvvəsini itirib. ABŞ, buna səbəb kimi Moskvanın saziş çərçivəsində öhdəliklərini “yerinə yetirməməsini” göstərib.

pia.az