Bakıda Türkiyə vətəndaşı itkin düşüb

Hadisə Nizami rayonu ərazisində baş verib...
###reklam250###

PİA.az "Report"-a istinadən xəbər verir ki, hadisə sentyabrın 18-də paytaxtın Nizami rayonu ərazisində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Bekmezci Mevlüt Kadir oğlu yaşadığı Naxçıvanı küçəsi, ev 93 ünvanından çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə polisə M.Bekmezci ilə birgə yaşayan qadın məlumat verib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırma aparılır.

pia.az