“Azərpoçt”da yüksək vəzifəyə təyinat

Salyan rayonunda poçt filialına yeni rəis təyinatı olub
###reklam250###

PİA.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı uyğun əmr imzalanıb.

Əmrə əsasən, Əliağa Ramiz oğlu Mustafayev “Azərpoçt” MMC-nin Salyan filialına rəis təyin olunub. O, bu təyinatadək 2006-cı ildən həmin filialın rəis müavini işləyib.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin Salyan filialının sabiq direktoru, 1957-ci il təvəllüdlü Elxan Ərəstun oğlu Mehdiyev bir müddət əvvəl iş otağında dünyasını dəyişmişdi.

pia.az