Mirşahin: “Bəlkə, Fədayə Laçını da bağışlayaq?” - Video

REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu proqramda hazırda həbsdə olan müğənni Fədayə Laçından söz açıb...
###reklam250###

Tanınmış telejurnalist sənətçinin həbsdən azad olunması üçün müraciət edib:

“Bilirsiz ağlıma nə, daha doğrusu kim gəlir? Azərbaycanda özünü siyasi məhbus adlandıranların fonunda, “balam günahkar deyil, onu mənə qaytarın!” deyə terror aksiyasında müxtəlif dərəcələrdə iştirak edən balalarını yuyub yarpız ya dəstəmaz ləyəni üzərinə qoyanların fonunda öz sevgi dustaqlığını sakit-sakit çəkən bir qadın - Fədayə Laçın. İyul terrorunda iştirak edən, miqyasın fərqi yoxdur, bəziləri məhkəmə zalından azad edilib. Onlara xəyanəti bağışladıq. Dövlət olaraq. Fədayə Laçına da bəlkə sədaqətini bağışlayaq. Bu qaragüruhun diz, barmaq qıran liderlərinə bir dərs olardı. Necə deyərlər, qadına qarşı dövlət bir kişilik örnəyi nümayiş etdirərdi”.

Qeyd edək ki, Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilib.(axşam.az)

pia.az