Yupiterin müəmmalı fotosunun sirri açıldı

“Juno” kosmik stansiyasının Yupiter planetinin üzərində aşkar etdiyi qeyri-adi qara ləkənin mənşəyi tapılıb...
###reklam250###

"Yeni Sabah" xarici mətbuata istinadən bildirir ki, alimlər həmin qara ləkənin Yupiterin peyki olan İonun kölgəsi olduğunu müəyyən ediblər.

Xatırladaq ki, “Juno” kosmik stansiyası bu qara ləkənin fotoşəkilini planetə iyirmi ikinci dəfə yaxınlaşdığı vaxt – sentyabrın 12-də çəkib. Həmin məqamda İo peyki Yupiterdən 8 min kilometrlik məsafədə olub. İo Yupiterlə Günəşin arasında yerləşib və ən nəhəng qaz planetinin səthində yalnız onun kölgəsi görünüb.

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) “Juno”nu 2011-ci il avqustun 5-də Yupiterə göndərib. Əsas məqsəd planetdə qravitasiya və maqnit sahəsini ölçmək, habelə Yupiterin sərt nüvəsinin olması barədə hipotezi yoxlamaqdır. Aparat 2021-ci ildə öz missiyasını başa vuracaq.

pia.az