İranda şüar: Türk qadını qalx al haqqını!

Təbrizin Traxtor Sazi azarkeşləri qadınların stadiona girişinin məhdud olması ilə bağlı şüarlar səsləndiriblər

Sosial şəbəkələrdə yayılan videoya istinadən, PİA.az xəbər verir ki, Təbrizin Traxtor Sazi azarkeşləri qadınların stadiona girişinin məhdud olması ilə bağlı şüarlar səsləndiriblər. Qadağanın qalxması üçün uzun müddətdir müzakirələr getsə də, bu ilin sonlarına yaxın aradan qalxa biləcəyi deyilir. Qeyd edək ki, sözügedən qadağaya görə uzun illərdir qadınlar stadionlara buraxılmır və futbol oyunlarına baxmaq üçün stadiona girməyə cəhd edənlər həbs edilir.

Şüar belədir:Anam,bacım,həyat yoldaşımQadınsın qadınErkək ilə qadınBirdir qardaşdırMeydanda olmaq haqqındır haqqınTÜRK QADINI QALX AL HAQQINI !

pia.az