Vurğun Əyyub komaya düşdü - Yeniləndi

Vurğun Əyyub uzun müddət idi, onkoloji xəstəlikdən əziyyət çəkirdi...
###reklam250###

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti ağırlaşıb.

Bu barədə APA-ya Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyub bildirib.

Bununla belə, o, Vurğun Əyyubun komaya düşməsi barədə xəbərlərin həqiqətə uyğun olmadığını deyib. Vurğun Əyyubun səhhətinin ağır olaraq qaldığını qeyd edən İ.Əyyub ailə üzvlərinin media nümayəndələrindən onları tez-tez narahat etməməyi xahiş etdiyini diqqətə çatdırıb.

***

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, üzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyub komaya düşüb.

BakuPost-un əldə etdiyi məlumata görə, Vurğun Əyyubun vəziyyəti bu gün ağırlaşıb. Hazırda evində həkim nəzarətində olan Vurğun Əyyub uzun müddət idi, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Vurğun Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-ya rəhbərlik edib. 15 noyabr 1992-ci ildə Test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi ugurlarından birini 1992-ci ildə gerçəkləşdirib.

1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib.

pia.az