Paşinyandan Bakıya qarşı yeni provokasiya

Ermənistan hökuməti yenidən Azərbaycana qarşı provokasiyaya yol verib
###reklam250###

PİA.az-ın məlumatına görə, təxribat Ermənistanın müstəqillik günü ilə bağlı ölkənin Baş naziri Nikol Paşinyanın da qatıldığı bugünkü tədbirdə yaşanıb. Belə ki, tədbir zamanı qondarma Qarabağ rejiminin rəhbəri Bako Saakyan salamlanıb.

Maraqlı məqam odur ki, Saakyanı "Ermənistan Respublikasının Qarabağ vilayətinin qubernatoru" kimi salamlayıblar.

Qeyd edək ki, avqustun əvvəlində Paşinyan özü Xankəndidə çıxışı zamanı Qarabağı Ermənistanın tərkib hissəsi adlandırmışdı. (axar.az)

pia.az