Hərbi qulluqçumuz həlak olub

Hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb...
###reklam250###

Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.

Ordu rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

pia.az