Türkiyədə daha 74 hərbçinin həbsinə qərar verildi

İstanbul Prokurorluğu "Fətullahçı" Terror Təşkilatı (FETÖ) ilə gizli əməkdaşlıqda şübhəli bilinən daha 74 hərbçinin həbsinə qərar verib...
###reklam250###

Yerli KİV bildirir ki, təhlükəsizlik qüvvələri artıq onların həbs edilməsi ilə bağlı əməliyyatlara başlayıb.

Barəsində həbs qərarı çıxarılan hərbçilərdən 25-i Türkiyə Quru Qoşunları Komandanlığında, 7-si Hava Qoşunları Komandanlığında, 10-u Dəniz Qoşunları Komandanlığında, 2-si Sahil Mühafizə Komandanlığında, 30-u isə Jandarma Ümumi Komandanlığında fəaliyyət göstərir.

pia.az