ABŞ Həsən Ruhaniyə və İranın XİN rəhbərinə viza verib

Bu barədə İranın BMT-dəki nümayəndəsi Əlirza Miruzəfi məlumat verib
###reklam250###

ABŞ rəsmiləri gələn həftə Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının iclasında iştirak etmələri üçün İran prezidenti Həsən Ruhanini və ölkənin xarici işlər naziri Cavad Zərifi viza ilə təmin edib.

Öz növbəsində İran XİN-in nümayəndəsi Abbas Musəvi öz “Twitter” səhifəsində Cavad Zərifin BMT Baş Assambleyasında iştirak etmək niyyətində olduğunu təsdiqləyib: “Xarici işlər naziri Cavad Zərif BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün cümə günü səhər Nyu-Yorka səfər edəcək”.

Qeyd edək ki, çərşənbə günü “ISNA” agentliyinin bildirdiyinə görə, ABŞ İran nümayəndəliyinin üzvlərini viza ilə təmin etməzsə, İran prezidenti Həsən Ruhani sentyabrın sonlarında Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında iştirak etməyə bilər. Vizanın olmamasını ölkənin XİN rəhbəri də təsdiqləyib.(APA)

pia.az