İstanbulda antiterror əməliyyatı: 8 İŞİD-çi saxlanıldı

Türkiyənin İstanbul şəhərində antiterror əməliyyatı keçirilib
###reklam250###

Trend-in məlumatına görə, əməliyyat nəticəsində İŞİD terror təşkilatının 8 üzvü saxlanılıb.

Saxlananlardan iki nəfəri qadındır. Əməliyyatın digər təfərrüatları barədə məlumat verilmir.

Xatırladaq ki, bu ayın əvvəlində İstanbulda İŞİD "əmir"lərindən biri saxlanmışdı.

pia.az