“Gürcüstanla ekspertlər səviyyəsində görüşləri davam etdiririk” 

Bunu Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib...

Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhədinin demarkasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək: “Avqustda birinci mərhələni bitirmişik. İkinci mərhələ görüşlər sentyabrın axırınadək davam edəcək. Biz ekspertləri dinləyib, noyabrda komissiyanın növbəti iclasının Gürcüstanda keçirilməsini müəyyən edəcəyik”.

pia.az