“Qarabağ” “Sevilya”ya qarşı: Qrup həyəcanı başlayır

Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçiriləcək
###reklam250###

Avroliqada Azərbaycanın yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu ilk oyunda İspaniyanın “Sevilya” kollektivini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:55-də başlayacaq.

Oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Ağdam klubunun son məlumatına görə, qarşılaşmaya ayrılmış, demək olar ki, bütün biletlər satılıb.

Qrupun digər oyununda APOEL öz meydanında “Düdelanj”ı qəbul edəcək.

pia.az