Bədii Gimnastika üzrə Dünya Çempionatında Müslüm Maqomayev kompozisiyası səsləndi - Foto

Veronika Qudis lentlə hərəkətləri Müslüm Maqomayevin kompozisiya ilə təqdim etdi
###reklam250###

Azərbaycan gimnastı Veronika Qudis Bakıda keçirilən 37-ci Bədii Gimnastika üzrə Dünya Çempionatının üçüncü günü çərçivəsində lentlə hərəkətlərdə çıxış edib.

PİA.az Trend-ə istinadən bildirir ki, .Qudis lentlə proqramı Müslüm Maqomayevin repertuarından olan tanınmış "Mavi sonsuzluq" kompozisiyasının sədaları altında təqdim edib.

V.Qudis bildirib: "Azərbaycanda bu mahnını çox sevirlər, hətta deyə bilərəm ki, "Mavi sonsuzluq" kompozisiyası bütün dünyada tanınır. Bu mahnı ilə çıxış etmək izaholunmaz duyğudur. Lentlə proqramı biz təxminən 6 ay hazırlamışıq".

pia.az