"Vətən üçün burnumun ucu göynəyir" -Naibə Allahverdiyeva

Türkiyəyə müalicəyə gedən xalq artistindən xəbər var
###reklam250###

"Sağlam olarsansa, dünyada hər şeyə nail olmaq olar. Bir müddətdir ki, səhhətimlə bağlı Türkiyədəyəm".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Elgizlə izlə" verilişinə zəng edərkən deyib.

Səhhətində problem yaranan və bunla əlaqədar İstanbula yollanan aktrisa darıxdığını söyləyib:

"İnşallah hər şey yaxşı olar. Tez bir zaman burada olmağıma baxmayaraq, vətənim üçün darıxıram. Burnumun ucu göynəyir, Bakıya qayıtmaq istəyirəm. Tezliklə görüşəcəyik".

pia.az