İranda silahlı insident – Polis öldü

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin İranşəhr rayonunda polis məmurları ilə naməlum silahlılar arasında insident baş verib...
###reklam250###

Bunu İranın Sistan və Bəluçestan vilayətinin İranşəhr rayonu prokuroru Möhsün Qolməhəmmədi deyib.

M.Qolməhəmmədinin sözlərinə görə, silahlı insident nəticəsində polis zabiti həlak olub, daha 3 polis yaralanıb.

Silahlılar avtomobillə hadisə yerindən qaçıblar.

Prokuror onların yaxalanması üçün axtarışların davam etdiyini deyib.(Trend)

pia.az