Goranboyda ilk dərs günü: Sinif otağının tavanı çökdü - Fotolar

Goranboyun Boluslu kəndində yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb...

Hadisə ilk dərs saatında 2-ci siniflərin dərs aldığı sinif otağında baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Valideynlər bildirib ki, hadisə baş verən məktəb qəzalı vəziyyətdədir. Həmin məktəb 1967-ci ildə istifadəyə verilib.

pia.az