Azərbaycanda dövlət qurumu işçilərinə nəzarət etmək üçün – Yarım milyon manat xərcləyir

“Azərişıq” ASC işçilərinin davamlılığına nəzarət etmək üçün "Qlobal-Elektro" MMC ilə müqavilə imzalayıb
###reklam250###.

FED.az xəbər verir ki, “Azərişıq” "Qlobal-Elektro" MMC ilə ümumilikdə 1 mln 033 min manat dəyərində iki müqavilə bağlayıb.

Eləcə də bax: Dövlət qurumu – 2 SIĞORTA ŞİRKƏTİNİ SEÇDİ

Adı qeyd edilən şirkətlə 1-ci müqavilə “Azərişıq” ASC-də  işin davamlılığı və “giriş-çıxış”a nəzarət üzrə proqram təminatının satın alınmasıdır. Bu müqavilənin dəyəri  561min 963 manatdır.

İkinci müqavilə “Azərişıq” ASC-yə satınalmalar və sifarişlərin idarə olunması üzrə proqram təminatının tədarük edilməsini nəzərdə tutan müqavilədir.  Bu razılaşmanın dəyəri isə  471 min 986 manat təşkil edib.

pia.az