Onların yerini deyənə ABŞ 5 milyon dollar mükafat verəcək

ABŞ Xarici İşlər Naziliyi məsələyə aydınlıq gətirib
###reklam250###

ABŞ Xarici İşlər Naziliyi Əl-Qaidənin öndərlərindən sayılan Əbdülkərim əl Məsri,Fərrux əl Suri və Sami əl Uraydinin yerini deyənə 5 milyon dollar mükafatın verilməsi ilə bağlı olan məsələyə aydınlıq gətirib.

Xarici mediaya istinadən PİA.az xəbər verir ki,illərdir Əl-Qaidənin içində və terror qruplaşmasının lideri Eymən əl Zəvahirə sadiqliyi ilə bilinən yuxarıda adı keçən bu şəxslərdən Misir vətəndaşı əl Məsrinin Suriyadakı Əl-Qaidə ilə əlbir olması və "Hurras al-Din" adlı terrorçu qruplaşma ilə əl Nusrə cəbhəsi arasında vasitəçilik etdiyinə ABŞ rəsmiləri onun tapılmasının vacib olduğunu bildirilib...

Adları çəkilənlərdən Suriya vətəndaşı Fərrux əl Suri Əl-Qaidəyə qatılan yeni üzvlərə təlim keçmiş, Oman vətəndaşı Sami əl Uraydi isə əvvəllər ABŞ və İsrailə qarşı törədilən terror aktlarında iştirak etmişdir.

ABŞ Xarici İşlər Naziliyi sözügedən şəxslərlə bağlı informasiya vermək istəyən şəxslərə 5 milyon dollar mükafat vəd edərək xəbərdar şəxsləri dərhal rəsmilərlə əlaqə saxlamağa səslədi.

Qeyd edək ki, pul mükafatı "Ədalət üçün mükafat" layihəsi çərçivəsində veriləcək.

Ziya MEHTİPia.az